Pirlo yenidən İtaliya millisi ilə
10 May 2018 17:20 İdmanAndrea Pirlo İtaliya millisinin baş məşqçisi olacağı gözlənilən "Zenit"in çalışdırıcısı Roberto Mançinin köməkçisi olacaq.
İtaliya Futbol Federasiyasının nümayəndələri dünən sabiq yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, bundan əvvəl yalnız Antonio Konte və Karlo Ançelottinin İtaliya yığmasının baş məşqçisi olacağı təqdirdə, Pirlonun məşqçi qərargahında yer alacağı iddia olunurdu.
Xatırladaq ki, A. Pirlo futbolçu karyerası ərzində "Breşiya", "İnter", "Recina", "Milan", "Yuventus" və son olaraq "Nyu-York Siti"nin şərəfini qoruyub. O, İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub. A.Pirlo ötən il futbolçu karyerasını başa vurub.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31