“Avropadan başqa istənilən variant mümkündür" - İnyesta

"Barselona"nın futbolçusu Andres İnyesta gələcək karyerası ilə bağlı açıqlama verib.

Mövsümün sonu Kataloniya təmsilçisindən ayrılacaq 33 yaşlı yarımmüdafiəçi hansı kluba keçəcəyini hələ bilmədiyini deyib:

"Avropadan başqa istənilən variant mümkündür. Əvvəl Çinə,  sonra Yaponiyaya gedəcəyimi yazdılar. İndi Avstraliya haqqında oxumuşam. Qərarım dəqiqləşdikdən sonra sizi məlumatlandıracam. Buradakı oyundan zövq almaq üçün cəmi bir həftə yarım vaxtım var. Mövsüm bitdikdən sonra bütün diqqətimi gələcəyimə yönəldəcəm. Bəzi nüansları həll etmək lazımdır. Ən yaxşı variantı seçməyə çalışacağam" .

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31