Rəşad Sadıqov Rusiyaya niyə gedib?

21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqov Rusiyaya yollanıb.

Bu barədə gənc mütəxəssis özü məlumat verib. O, ölkə xaricində çıxış edən bir neçə azərbaycanlı futbolçunun oyununu izləmək üçün qonşu ölkəyə gedib.

R. Sadıqov konkret olaraq hansı futbolçuları izləyəcəyini açıqlamasa da, səfərlə bağlı Bakıya qayıtdıqdan sonra daha ətraflı danışacağını bildirib.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31