Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində çıxış edəcək

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində Bakıda konsert verən Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində də səhnə alacaq.

Kosovo əsilli britaniyalı müğənni mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları arasındakı həlledici görüşdən əvvəl öz mahnılarını ifa edəcək.

"Olimpiyski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçirilib. Üç gün ərzində ardıcıllıqla "Jamiroquai" qrupu, Kristina Agilera və Dua Lipa Bakı Kristal Zalında konsert proqramı ilə çıxış ediblər.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31