Şehiç Çempionlar Liqasında ilk “3-lük”də
8 May 2018 13:31 İdmanÇempionlar Liqasında cari mövsümün statistik göstəriciləri açıqlanıb.
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç ən çox seyv edələr arasında yer alıb.
Ağdam klubu qrup mərhələsində mübarizəni dayandırsa da, Şehiç 35 seyvlə ikincidir. "Roma"nın qolkiperi Alisson Beker isə əlçatmazdır. Braziliyalı əlcək sahibi 47 qurtarışla hamını qabaqlayır. Andrey Pyatov 3-cü ("Şaxtyor", 34 qurtarış), Yasmin Handanoviç 4-cü ("Maribor", 32 qurtarış) və Sven Ulrayx beşincidir ("Bavariya" 29 qurtarış).
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31