PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?
7 May 2018 17:23 İdmanRumıniyalı müğənni Seeyanın Azərbaycan kubokunun final oyunundan əvvəl təşkil olunacaq konsert üçün alacağı təqribi qonorar müəyyənləşib.
"Papito" mahnısı ilə məhşurlaşan müğənniyə 1 saatlıq konsert proqramı üçün ödəniləcək məbləğin 3 min avrodan (6 min manat) çox olmadığı güman edilir. Çünki Seeya ölkə xaricində çıxış etmək üçün minimum 3 min avro tələb edir.
Qeyd edək ki, kubokun finalında "Keşlə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Oyun mayın 28-si, saat 20:00-da Qəbələdə keçiriləcək.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31