Azərbaycan millisinin oyununu türkiyəli referi idarə edəcək
7 May 2018 15:01 İdmanMayın 29-da Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçını Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq görüşdə Ali Palabıyık fit çalacaq.
Ona Serkan Olguncan, İbrahim Çağlar Uyarcan və Alper Ulusoy kömək edəcəklər.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31