Mövsümün son “El Klasiko”sunun qalibi müəyyənləşmədi

Futbol üzrə İspaniya çempionatının 36-cı turunda "Barselona" öz meydanında "Real"ı qəbul edib.

"Kamp Nou" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

"Barselona" matçın gedişində iki dəfə hesabda önə çıxsa da, rəqib hər iki halda tarazlıq yarada bilib. Meydan sahiblərinin heyətində Luis Suares və Lionel Messi, madridlilərdə isə Kriştianu Ronaldu və Qaret Beyl fərqlənib. Kataloniya klubu birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədən meydanda azlıqda qalıb. Serxi Roberto birbaşa qırmızı vərəqə alaraq qovulub.

"Barselona" (87 xal) turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Real" (72) üçüncü yerdədir.

İspaniya Primerası. 36-cı tur

"Barselona" - "Real Madrid" - 2:2

Qollar: 1:0 - Suares - 10, 1:1 - Ronaldu - 14, 2:1 - Messi - 52, 2:2 - Beyl - 72

Qırmızı: Roberto, 45+3 - yoxdur

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31