Aleks Ferqyusson beyin əməliyyatı keçirdi
6 May 2018 14:19 İdman"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyussoncümə günü səhər saatlarında xəstəxanaya yerləşdirilib.
76 yaşlı əfsanəvi məşqçiyə beyin qanaması diaqnozu qoyulub və dünən təcili beyin əməliyyatı keçirib.
Ferqyussonun vəziyyətinin yaxşılaşdığı, lakin tam sağalması üçün vaxta ehtiyacı olduğu qeyd olunur.
Ferqyusson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31