Alberto Moreno: "Kriştiano Ronaldonu öldürərəm"
4 May 2018 15:54 İdmanLiverpulun 18 nömrəli ispan müdafiəçisi Alberto Moreno jurnalistlərə maraqlı açıqlamalar verib.
Olaylar.az "Offsideplus"-a istinadən xəbər verir ki, Alberto Moreno: "Əlimdə İmkan olsa, finaldan öncə Kriştiano Ronaldonu öldürərəm. Çox təhlükəli futbolçudur" sözlərini deyib.
İspan futbolçu həmçinin komanda yoldaşı Məhəmməd Salah haqqında da bir neçə cümlə söyləyib: "Salah möhtəşəm oyunçudu. Mövsüm boyu bizim üçün çox önəmli işlər görüb. Ümid edirəm ki, finalda da özünəməxsus oyununu sərgiləyə biləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31