Salah səssizliyini pozdu - "Mən təklikdə qələbə qazana bilmərəm"

Son vaxtlar ulduzu parıldayan Liverpulun istedadlı misirli futbolçusu Məhəmməd Salah Real Madridlə qarşılaşacaqları Uefa Çempionlar Liqasının finalı haqqında danışıb.

Olaylar.az "offsideplus" -a istinadən bildirir ki, Salah: "Əla komandada çıxış edirəm. Heyətimizdə çox yaxşı futbolçular var. Biz kollektiv şəkildə finala yüksəlmişik. Ona görə də bu, finaldır, Salahla Ronaldonun qarşıdurması yox. "Mən təklikdə qələbə qazana bilmərəm. Futbol komanda oyunudur. Əgər biz qol vururuqsa, deməli, bunda bütün kollektivin rolu var. Yox, rəqib fərqlənirsə, hamımız günahkarıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31