Cerrard "Reyncers"lə anlaşdı

"Liverpul"un gənclər (U-19) komandasının baş məşqçisi Stiven Cerrard Şotlandiyanın "Reyncers" klubunu çalışdıracaq.

İngiltərə millisinin üzvü bu gün Qlazqo təmsilçisi ilə müqavilə imzalayacaq.

Cerrard mayın 2-də istefaya göndərilən Qrem Martini əvəzləyəcək.

Qeyd edək ki, "Reyncers" hazırda Şotlandiya çempionatında 3-cü pillədə qərarlaşıb. Komandanın əzəli rəqibi "Seltik" isə artıq ötən tur çempionluğunu rəsmiləşdirib.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31