Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın güləşçisi Elis Manolova Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarımfinalda Henna Katarina Johanssondan üstün olub.  57 kq-da yarışan Alyona Kolesnik isə finala gedən yolda rusiyalı İrina Ologonovaya uduzaraq bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb.  Final görüşləri sabah keçiriləcək.

Report.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31