Bakıda bodibildinq üzrə turnir keçiriləcək
3 May 2018 12:54 İdmanBakıda "ATEF GYM" fitness mərkəzinin təşkilatçılığı ilə bodibildinq, klassik bodibildinq, "Mens fizik" və bikini-fitnes üzrə çempionat keçiriləcək.
Turnir mayın 19-u "Elektra Events Hall"da baş tutacaq. Turnirdə iştirak etmək üçün gərəkli olan çəki və boy ölçülərini sizlərə təqdim edirik:
Bodibildinq kateqoriyası üzrə: Yüngül çəki 75 kq.-a qədər, orta çəki 85 kq. və ağır çəki üzrə 85 kq.-dan yüksək.
Klassik bodibildinq kateqoriyası üzrə: Boy 170 sm-ə qədər, 176 və 176 sm-dən yüksək.
"Mens Fizik" kateqoriyası üzrə: Boy 170 sm-ə qədər, 176 və 176 sm-dən yüksək.
Bikini fitnes kateqoriyası üzrə isə heç bir məhdudiyyət yoxdur.
Qeydiyyat üçün son tarix mayın 18-də bitir. Turnirdə iştirak üçün çəkilərin hesablanması isə mayın 18-i "ATEF GYM" mərkəzində baş tutacaq.
Qeyd edək ki, mərkəzin direktoru, Avropa və dünya mükafatçısı, idman ustası Fərhad Quliyev tərəfindən proqrama uyğun məşqlər də keçirilir.
Axsam.az