İlk pillədə Kriştiano Ronaldodur

UEFA Çempionlar Liqasının bu mövsüm üzrə qalibinin məlum olmasına cəmi bir oyun qalıb.

Olaylar.az bildirir ki, UÇL üzrə mvsümün bombardirləri sırasında portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 12 oyuna 15 qol vuraraq birinci yerdədir. Ronaldonun ən yaxın izləyiciləri isə çıxdıqları 12 oyunda 10 qol vuran Roberto Firmino və Məhəmməd Salahdır. 4-cü pilləni 10 oyuna 9 qol vuran Sadio Mane, 5-ci pilləni isə Roman klubundan Edin Ceko tutur. Bosniyalı oyunçu çıxdığı 12 oyunda 8 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31