“Liverpul” “Barselona”nın rekordunu yenilədi

Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Roma" ilə qarşılaşan "Liverpul" rekorda imza atıb.

 Yuregn Kloppun komandası bir mövsümdə vurulan qol sayında hamını üstələyib.

Sadio Mane və Jorjinyo Veynaldum fərqlənməklə "Liverpul"un bu mövsüm ÇL-də vurduğu qolların sayını 46-a çatdırıb. Bu isə təkcə ÇL-də deyil, bütün avrokubok turnirləri üçün rekorddur. Buna qədər sözügedən rekord "Barselona"ya məxsus idi. Kataloniya təmsilçisi 1999-2000-ci il mövsümündə ÇL-də 16 oyuna 45 qol vurub.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31