Azərbaycan millisi Avropa çempionatının yunan-Roma güləşi üzrə yarışını 5 medalla başa vurub
2 May 2018 23:24 İdmanRusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Azərbaycan millisi bu növ üzrə yarışı 1 qızıl, 2 gümüş, 2 bürünc medalla başa vurub. Yeganə qızıl medala 55 kq çəki dərəcəsində yer alan Eldəniz Əzizli sahib olub. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş, Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) bürünc medala sahib olub. Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərdə, Taleh Məmmədov (63 kq) və Türmən Eyyubov (130 kq) isə ilk cəhddəcə uduzaraq, mübarizəni dayandırıblar.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31