Azərbaycanın Kempo üzrə yığma komandası Dünya çempionatında

Macarıstanın Budapeşt şəhərində Kempo üzrə 15 - ci Dünya Kuboku və Dünya çempionatı keçirilib. Çempionatda başda Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi Rauf İbrahimov olmaqla, 10 nəfər heyətlə Azərbaycanın Kempo üzrə yığma komandası təmsil edib. Yarışda 67 ölkədən 1000 - ə yaxın idmançı bir neçə versiyalar üzrə birincilik uğrunda mübarizə aparıblar.

Macarıstanın Budapeşt şəhərində Kempo üzrə 15 - ci Dünya Kuboku və Dünya çempionatı keçirilib.

Çempionatda başda Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi Rauf İbrahimov olmaqla, 10 nəfər heyətlə Azərbaycanın Kempo üzrə yığma komandası təmsil edib. Yarışda 67 ölkədən 1000 - ə yaxın idmançı bir neçə versiyalar üzrə birincilik uğrunda mübarizə aparıblar.

Olaylar.az bildirir ki, Azərbaycan komandasının nəticələri aşağıdakı kimidi. Toğrul İbrahimli 16 - 18 yaşlar arasında 65 kg çəki dərəcəsində Kempo Submişn versiyası üzrə 2 yer, Hüseynov Şəmsi 70 kg çəki dərəcində kişilər arasında Semi Kempo üzrə 2 ci yer, Müslümov Rüstəm 80 kg çəki dərəcəsində kişilər arasında Nokdaun versiyası üzrə 2 yer, Kazımov Ramin 90 kg çəki dərəcəsində kişilər arasında Nokdaun versiyası üzrə 2 ci yer, Qələndərov Vüsal 95+kg çəki dərəcəsində Nokdaun versiyası üzrə 3 cü yer, Əhmədov Fərid 75 kg çəki dərəcəsində Submişn versiyası üzrə 3 cü yer. Bu yarışda Azərbaycan Kempo komandasının tam heyyətlə iştirakına Gənclər və İdman nazirliyi maddi və mənəvi dəstək verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31