Furbolçular hakimi döyərək meydandan qovdular - video
2 May 2018 11:52 İdmanEfiopiya çempionatının oyununda futbolçular baş hakimi döyüb.
Hadisə ölkənin Müdafiə Nazirliyinin balansında olan "Defence Force" ("Müdafiə Gücü) klubu ilə "Velvalo Adigrat Universiteti" oyununda baş verib.
Hesab 1:1 olarkən hakim topun qapı xəttini keçdiyini bildirərək "Defence Force"nin qolunu qeydə alıb. Buna hirslənən "Velvalo Adigrat Universiteti"nin futbolçuları hakimi meydanda qovmağa başlayıb. Referi komandanın futbolçuları və məşqçilərindən biri tərəfindən döyülüb.
Dövlət televiziyası ETV-nin yayımladığı görüntülərdə hakimin künc bayrağı ilə özünü qorumağa çalışdığı görünür.
Həmin məşqçi dərhal klubdan qovulub. Efiopiya Futbol Federasiyası bütün qarşılaşmaları təxirə salıb. Fanat.Az
Minval.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31