Xames vədinə əməl etdi – Sevinmədi

Real Madrid 2-2 Bavariya (ümumi: 4-3) yarımfinal qarşılaşmasının 63`-cü dəqiqəsində kolumbiyalı Xames Rodrigez keçmiş klubu Real Madridə qarşı qol vuraraq Bavariyanı ümidləndirməsinə baxmayaraq qol sevinci yaşamadı.

Olaylar.az bildirir ki, Xames oyundan əvvəl UEFA-ya verdiyi açıqlamada əgər Madrid Realına qol vurarsa sevinməyəcəyini açıqlamışdı.

Vədinə əməl edən Rodrigez vurduğu qoldan sonra əllərini havaya qaldıraraq bu hərəkəti ilə qolu qeyd etmədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31