Balotelli İtaliyaya qayıdır
1 May 2018 23:06 İdman"Nitsa"nın futbolçusu Mario Balotelli mövsümün sonunda "Torino"ya keçə bilər.
Turin klubu 28 yaşlı yaşlı hücumçunun xidmətində maraqlıdır.
Klub rəhbərliyi yayda yollarını ayıracağı Mbaye Nyanqı Balotelli ilə əvəzləmək niyyətindədir.
Qeyd edək ki, italiyalı forvard bir müddət əvvəl yenidən vətənində çıxış etmək istədiyini açıqlayıb.
Xatırladaq ki, İtaliya millisinin sabiq üzvü əvvəllər ölkəsində "İnter" və "Milan"da da çıxış edib.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31