Türk məşqçi klubumuzdan danışdı

"Traktor" xüsusi komandadır. Təbrizin 2 milyon əhalisi var, İranda isə 35 milyondan çox türk yaşayır. Bütün bunlar "Traktor" üçün böyük potensialdır.

Bu sözləri Təbrizin "Traktor" klubunun türkiyəli baş məşqçisi Ərtoğrul Sağlam deyib. O bildirib ki, "Traktor"un azarkeşləri düzgün korpusa çevrilərsə, bu komanda "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray" kimi klubların sırasına keçə bilər:

"Belə bir komandaya baş məşqçilik etməyimlə fəxr edirəm. Bu komanda qonşu ölkələrdə də sevilir. Komanda tərəfdarları elə bir vəziyyət yaradıb ki, hətta Türkiyənin böyük komandalarının da belə bir şəraiti yoxdur. Lakin klubun tərəfdarları yenidən bir araya gələrək mövcud problemləri həll etməlidirlər".

Qeyd edək ki, 4 aydır "Traktor" komandasına baş məşqçilik edən Ə.Sağlamın klubla müqaviləsinin müddəti başa çatıb. "Traktor" azarkeşləri türkiyəli mütəxəssisin komandaya baş məşqçiliyə davam etməsini tələb edirlər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31