"Sevilya"da yeni baş məşqçi

Vinçentso Montella ilə yollarını ayıran "Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, komandanın sükanı arxasına Xoakin Kaparros gətirilib. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi "Sevilya"nı çalışdıracaq. Onun qarşısına Avroliqaya vəsiqə qazanmaq vəzifəsi qoyulub.

Qeyd edək ki, "Sevilya" 34 turdan sonra 48 xalla 7-ci pillədə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31