Andres İnyesta açıqladı - RƏSMİ
Peşəkar karyerası boyu yalnız Barselona forması geyinən "katalonlar"-ın əfsanəvi fiutbolçusu Andres İnyesta mətbuat konfransı zamanı yayda klubu tərk edəcəyini açıqladı.
27 Aprel 2018 17:03 İdmanPeşəkar karyerası boyu yalnız Barselona forması geyinən "katalonlar"-ın əfsanəvi fiutbolçusu Andres İnyesta mətbuat konfransı zamanı yayda klubu tərk edəcəyini açıqladı.
İnyesta onun üçün təşkil edilən mətbuat konfransında bu sözləri deyib: "Bu mövsüm Barcelonachr("39")da son mövsümümdür. Bu qərarım barədə uzun-uzadı düşünmüşəm. Mənim üçün Barcelona hər zaman Dünyanın ən yaxşı klubu olacaq. Bu klub mənə hər şey bəxş etdi. Mənim üçün çox çətin gündür. Bütün həyatımı keçirdiyim yerlə sağollaşmaq çox çətindir. Olduğum şəxs olmağımda əsas səbəbkar La Masia və Barcelona oldu. Onlara təşəkkürümü bildirirəm. Mənim oyunçu kimi inkişafımı, böyüməyimi görən və oyunlarımı izləyən bütün "Cule"lərə təşəkkürümü bildirirəm."