Luis Enrikedən "Arsenal"a 200 milyonluq şərt
27 Aprel 2018 15:19 İdman"Barselona"nın sabiq baş məşqçisi Luis Enrike bir şərtlə "Arsenal"da çalışmağa razılıq verə bilər. Apasport.az saytının "The Sun"a istinadən məlumatına görə, ispan mütəxəssis rəhbərlikdən yeni transferlər üçün 200 milyon funt sterlinq ayırmalarını tələb edir.
Arsen Vengerin yerinə əsas namizəd qismində göstərilən Luis Enrike "topçular"ın heyətini yenidən formalaşdırmaq istəyir. Onun əsas transfer hədəfi "Roma"nın yarımmüdafiəçisi Radja Naynqqolandı.
Daha öncə "Arsenal" rəhbərliyinin yayda transferlərə 50 milyon funt sterlinqlik büdcə ayıracağı barədə xəbərlər yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31