Nuri Şahin Harvardda təhsil alacaq
27 Aprel 2018 14:52 İdman"Borussiya"nın futbolçusu Nuri Şahin ABŞ-ın dünyaca məşhur Harvard universitetinə qəbul olunub.
Türkiyəli yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib:
"Öyrənmək və özünü inkişaf etdirməyin yaşı, yeri, vaxtı yoxdur. Harvarddan qəbul məktubum gəldi. Orada alacağam təhsil üçün çox həyəcanlıyam, əfsanəvi professor Anita Elberse ilə tanış olacağım üçün də".
Qeyd edək ki, ötən il Türkiyə millisindəki karyereasını başa vuran 28 yaşlı futbolçu 2012-ci ildən Dortmund klubunda çıxış edir.
Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31