"Trabzonspor"un transfer qadağası ləğv olundu

FİFA "Trabzonspor"a tətbiq etdiyi transfer qadağasını ləğv edib.

Qol.az-ın məlumatına görə, bu barədə Türkiyə klubunun rəsmi saytı xəbər yayıb. Bildirilir ki, klub 2018/19 mövsümü üçün transfer etməkdə heç bir problem qalmayıb.

Qeyd edək ki, ötən ay  FİFA "bordo-mavilər"ə bu cəzanı vermişdi. Klubun etirazından sonra isə qurum qərarını dəyişib.

Xatırladaq ki, hazırda "Qarabağ"da icarə əsasında çıxış edən millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31