Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb
27 Aprel 2018 10:42 İdmanApelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı üçün sərbəst və qadın güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.
Üç gün davam edəcək yarışda baş məşqçi Firdovsi Umudov Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtuzalı Müslimov (70 kq), Coşqun Əzimov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovun (125 kq) xidmətindən yararlanacaq.
Eyni zamanda, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan F.Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31