17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda yoldaşlıq oyunu keçirib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız "Dalğa Arena"da Rusiyanın 16 yaşadək qızlardan ibarət yığması ilə qarşılaşıb. Görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, yığmamız eyni rəqiblə növbəti oyununu aprelin 28-də keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31