"Liverpul" klubu "Real Madrid"in Məhəmməd Salah üçün 200 milyon funt təklifini rədd etdi

İngiltərənin "Liverpul" klubu futbolçu Məhəmməd Salahı istəyən İspaniya "Real Madrid"inin 200 milyon funt (228,8 milyon avro) məbləğində təklifini rədd edib. 

"Qırmızılar"ın rəhbərliyi misirli hücumçu yay transfer dövründə satmaq niyyətində olmadığını bildirib. "Kral klubu" isə Salahın müqaviləsindəki dəbbə pulu bəndinin olmaması üzündən çətinliklərlə qarşılaşıb. Digər tərəfdən, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Roberto Firmino ilə yanaşı, 26 yaşlı forvardı da komandada saxlamağı planlaşdırır. 

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının ilk yarımfinal oyununda Salah və Firminonun "dubl"ları sayəsində İtaliya "Roma"sını darmadağın edib - 5:2. 

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31