"Real" Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub
26 Aprel 2018 05:29 İdman"Real" futbol üzrə Çempionlar Liqasının ilk yarımfinal görüşündə "Bavariya" üzərində inamlı qələbə qazanıb.
"Report" xəbər verir ki, Münhenin "Alyans Arena" stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Real" Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub. Eyni zamanda, "Kral klubu" klub tarixində bütün Avropa turnirlərində qazanılan qələbələrin sayına görə (306) "Barselona"nın rekordunu təkrarlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31