"Çelsi"nin müdafiəçisi "Barsa"nın hədəfində

"Çelsi"nin futbolçusu Markos Alonso "Barselona"nın transfer hədəfindədir.

Kataloniya klubu ispaniyalı müdafiəçini Jerar Pikenin əvəzləyicisi kimi komandaya cəlb etmək istəyir.

London klubu isə 2021-ci ilə qədər müqaviləsi olan futbolçusunu buraxmaq fikrində deyil.

Qeyd edək ki, "Real"ın yetirməsi olan 27 yaşlı futbolçu 2016-cı ildən "Çelsi"də çıxış edir.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31