“Beşiktaş” – “Qarabağ” matçının tarixi müəyyənləşdi
24 Aprel 2018 13:31 İdmanTürkiyənin "Beşiktaş" klubu bu il Azərbaycana səfər edəcək. "Qara qartallar"ın ölkəmizə səfəri sentyabr ayında reallaşacaq.
İstanbul klubu ölkəmizə səfər çərçivəsində "Qarabağ"la dostluq oyunu keçirəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda reallaşacaq.
Bu barədə məlumatı klubun prezidenti Fikret Orman yerli mətbuata açıqlamasında bildirib: "Azəbaycana səfər çərçivəsində dostluq oyunu keçirəcəyik və rəsmi mağazamızın açılışını edəcəyik. "Beşiktaş" inkişaf edir və əlbəttə ki, bizim qarşımızı kəsmək istəyənlər var. Bizimlə meydanda rəqabət etməlidirlər. Həm komandamız, həm də ölkəmiz üçün mübarizə aparacağıq".
Qeyd edək ki, Fikret Orman bir neçə gün öncə ölkəmizdə səfərdə olub.
Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31