Azərbaycan kubokunda finalın məkanı və başlanma saatı açıqlandı
23 Aprel 2018 13:19 İdman"Qəbələ" və "Keşlə" klubları arasında keçiriləcək Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atıldı.
Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada "Qəbələ"dən Səbuhi Səfiyarlı, "Keşlə"dən isə İlqar Mustafayev iştirak etdi.
Püşkatmanın nəticəsinə əsasən, "Keşlə" finalın nominal meydan sahibi oldu.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 May - Respublika Günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31