Fransa I Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib
21 Aprel 2018 16:56 İdman2018/2019 mövsümündə Fransa I Liqasında çıxış edəcək ilk klub müəyyənləşib. Fransa II Liqasının 34-cü turunda doğma meydanda "Ayaçço"nu 1:0 hesabı ilə məğlub edən "Reyms" klubu növbəti mövsümdən etibarən əsas çempionatda iştirak edəcək.
Xallarının sayını 78-ə çatdıran komanda turnir cədvəlinin birinci pilləsində qərarlaşmaqla yanaşı, ən azı ikinci yeri təmin edib.
Qeyd edək ki, "Reyms" 2015/2016 mövsümünün sonunda Fransa II Liqasına enib. Komanda 6 dəfə ölkə çempionu olub. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31