Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan mini futbol turniri keçirilir

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinə start verilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, turnirin iştirakçısı olan İqtisadiyyat Nazirliyinin komandası qrup mərhələsinin 1-ci turunda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin komandası ilə qarşılaşıb və 10-0 hesabı ilə qələbə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31