4 qol buraxan qapıçı küsüb meydanı tərk etdi

Türkiyənin 2-ci liqasında keçirilən "Mersin İdman Yurdu" - "Eyupspor" matçında maraqlı hadisələr yaşanıb. Qarşılaşmanın 38-ci dəqiqəsinədək 4 qol buraxan Mersin klubunun qapıçısı Hasan Daş azarkeşlərin etirazına səbəb olub. Fanatların hədəfinə çevirilən qolkiper meydanı tərk edib.

Komanda yoldaşlarının bütün səylərinə rəğmən, Hasan Daş meydana qayıtmayıb və onun yerinə Dursun Cem Ateş oyuna qoşulub. Nəticədə "Mersin İdman Yurdu" daha 4 qol buraxaraq 0:8 hesabı ilə uduzub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31