Errera "Mançester Siti"nin embleminə tüpürüb
İngiltərə Premyer Liqasının 32-ci turunda baş tutan Mançester derbisi məhsuldarlığı ilə yanaşı gərginliyi ilə də yadda qalıb. Diqqət mərkəzinə düşən simalardan biri "Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Errera olub.
9 Aprel 2018 18:34 İdmanİngiltərə Premyer Liqasının 32-ci turunda baş tutan Mançester derbisi məhsuldarlığı ilə yanaşı gərginliyi ilə də yadda qalıb. Diqqət mərkəzinə düşən simalardan biri "Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Errera olub. İnternetdə onun fasilədə paltardəyişmə otağına yollanarkən tunelin qarşısında çəkilmiş "Siti" embleminə tüpürdüyü video ortaya çıxıb. "Şəhərlilər" bunu ispan futbolçunun rəqibə hörmətsizliyi kimi dəyərləndirib. Amma Errera bunu qəsdən etmədiyini bildirib. "Qırmızı şeytanlar"ın mətbuat xidməti futbolçunun bu barədə fikrini diqqətə çatdırıb. Goal.az