İbrahimoviç: “FİFA məni dayandıra bilməz, istəsəm, millidə olacam”
"Los-Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç DÇ-2018-də iştirakına FİFA tərəfindən qadağa qoyulacağına dair xəbərlərə münasibət bildirib.
7 Aprel 2018 09:27 İdman"Los-Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç DÇ-2018-də iştirakına FİFA tərəfindən qadağa qoyulacağına dair xəbərlərə münasibət bildirib.
İsveçli hücumçu FİFA-nın onun istəyinə mane ola bilməyəcəyini deyib:
"FİFA məni dayandıra bilməz. Harda istəsəm, orada da olacam. Bu, İsveç millisinə də aiddir. Əgər istəsəm, millidə olacam. Bu, mənim işimdir, FİFA-nın yox".
Qeyd edək ki, FİFA bukmeyker şirkətlərinin biri ilə əməkdaşlıq etdiyinə görə 36 yaşlı futbolçunun DÇ-2018-də iştirakına qadağa qoya bilər. Qol.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31