Güləşçilərimiz beynəlxalq turnirdən 4 medalla dönür
Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçirilib.
26 Mart 2018 11:01 İdmanBolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçirilib. Azərbaycan təmsilçiləri turniri 2 qızıl və 2 bürünc medalla başa vurub. İlk yarış günündə yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl, yunan-Roma güləşçisi Elman Muxtarov (67 kq) bürünc medala sahib olub. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31