“Bavariya”nın baş məşqçisi: "“Beşiktaş” 0:5-ə layiq komanda deyil"
Almaniya çempionu "Bavariya"nın baş məşqçisi Yupp Haynkes UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Beşiktaş"a qarşı keçirdikləri ilk oyunu şərh edib.
21 Fevral 2018 12:06 İdmanAlmaniya çempionu "Bavariya"nın baş məşqçisi Yupp Haynkes UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Beşiktaş"a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Təcrübəli çalışdırıcı komandasının 5:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib: "Beşiktaş" 0:5 hesablı məğlubiyyəti haqq edəcək komanda deyil. Yaxşı komandadı. İlk hissəni 1:0 öndə başa vurmağımız bizə üstünlük qazandırdı. Məhz həmin qol sayəsində oyunun kilidi açıldı. Cavab oyununda çox diqqətli olmalıyıq. Çünki bu, Çempionlar Liqasıdı, səviyyə fərqlidi. Səfərdəki oyunda də müdafiə futbolu oynamayacağıq". Komanda.az