Formula 1 üçün bu tribunada yer qalmadı

27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb. Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır.

Onun sözlərinə görə, xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75%-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31