“Başakşəhər” “Fənərbağça”ya qarşı
9 Fevral 2018 18:55 İdmanBu gün Türkiyə Super Liqasında 21-ci tura start veriləcək. Turun ilk oyununda "Yeni Malatyaspor" "Kasımpaşa"nı qəbul edəcək.
Son çempion "Beşiktaş" sabah meydana çıxacaq. "Qartallar" evdə "Karabüksor"la üz-üzə gələcək.
Millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" isə evdə "Trabzonspor"la qarşılaşacaq.
Turun mərkəzi görüşü bazar günü keçiriləcək. Lider "Başakşəhər" doğma divarlar arasında "Fənərbaxça" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Türkiyə Super Liqası, 21-ci tur
9 fevral
21:00 Yeni Malatyaspor - Kasımpaşa
10 fevral
14:30 Göztəpə - Osmanlıspor
17:00 Gənclərbirliyi - Trabzonspor
20:00 Beşiktaş - Karabükspor
11 fevral
14:30 Akhisar - Bursaspor
14:30 Kayserispor - Sivasspor
17:00 Alanyaspor - Konyaspor
20:00 Başakşəhər - Fənərbağça
12 fevral
21:00 Qalatasaray - Antalyaspor
Komanda.az