"Qarabağ"da bir cəzalı, üç zədəli

Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ"ni qəbul edəcək "Qarabağ" bu oyuna ciddi itki ilə çıxacaq. Ağdam klubunun əsas qapıçısı İbrahim Şehiç vacib görüşdə komandasına kömək edə bilməyəcək. 12-ci turun "Sumqayıt"la matçında rəqibi vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya olunan bosniya və herseqovinalı qolkiperin cəzası növbəti turda başa çatacaq.

Bundan başqa, "Qarabağ"ın heyətində Əfran İsmayılov, Miçel Madera və Qara Qarayev də zədəlildirlər. Onların şənbə günü keçiriləcək qarşılaşmada iştirak edib-etməyəcəkləri oyun günü bilinəcək. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31