Uduzsan da bizi utandırmadın "QARABAĞ"
“Futbola görə niyə məyis olursunuz? Normal hakimlər oyunun başlarında belə epizodlarda qırmızı kart vermirlər. Cərimə verməkdə haqlı idi, uzağı sarı kart verərək oyunun normal seyrini təmin etməli idi”.
23 Noyabr 2017 12:49 İdman"Futbola görə niyə məyis olursunuz? Normal hakimlər oyunun başlarında belə epizodlarda qırmızı kart vermirlər. Cərimə verməkdə haqlı idi, uzağı sarı kart verərək oyunun normal seyrini təmin etməli idi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa ötən gün "Qarabağ"-"Çelsi" oyununda komandamızın hakim tərəfindən haqsızlığa uğramasına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, oyun sındırıldıqdan sonra onsuz da uduzan komandaya bəsit bir əngəlləməyə görə ikinci 11 metrlik cərimə zərbəsi belə asanlıqla verilmir: "Burada ədalətsizlikdən söhbət getmir, hakimin əvvəlcədən nəzərdə tutduğunu həyata keçirməsindən, yəniplanlı hərəkətindən söhbət gedir. Futbolda bunlar olur. Mən bilirsiniz nəyə sevindim? Komandamızın sona qədər sistemi pozulmadı, son üç oyunu azlıqda oynayır, ancaq mübariz xarakteri dəyişmir. Qurban Qurbanova Azərbaycan adına ancaq təşəkkür düşür. Son dörd oyunda meydanda məzlum komanda olmadı, hakimə rağmən dirəniş göstərən, rəqiblə baş-başa oyun oynayan, rəqibin avtoritetindən çəkinməyən bir komanda vardı. Ən xoşuma gələn də oyunçuların emosional davranış göstərməməsi idi. Qərəzli hakimə qarşı hansısa sərt hərəkətə görə komandaya cərimə yükü gətirmədilər. Bu komandaya güvənim zərrə qədər də azalmadı. Uduzsa da, bizi utandırmadı "Qarabağ".