Villian: "Penalti var idi"

İki qol vurduğum üçün sevinirəm. Layiqli qələbə qazandıq. Oyunundan əvvəlindən yaxşı oynadıq.Bu sözləri "Çelsi"nin futbolçusu Villian Çempionlar Liqasının qrup mərhələsinin 5- ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Sözügedən qarşılaşmada dubla imza atan braziliyalı yarımmüdafiəçi penalti epizodunu da şərh edib: "O epizodda yüngül təmas var idi. Ona görə də hakim haqlı olaraq 11 metrlik cərimə zəribəsi təyin etdi".

D.Villian bildirib ki, hazırda bütün oyunçulara ehtiyacları var: "Üç gündən bir oynayırıq. Buna görə daha çox qələbə qazanmaq üçün istirahətə ehtiyacımız var". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31