“Qarabağ” - “Roma” oyununun biletləri satışa çıxarılır – QİYMƏT
7 Sentyabr 2017 12:09 İdmanFutbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.
"Qarabağ" klubundan Oxu.Az-a bildirilib ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.
Azarkeşlər biletləri şəhərin kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.
Biletlərin qiymətləri:
VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31