"Bu cür davam edə bilməzdi" - Ayxan Abbasov Rəşad haqda

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov yeni transferlərdən olan Rəşad Sadiqovun komandadan çıxarılmasına münasibət bildirib.

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov yeni transferlərdən olan Rəşad Sadiqovun komandadan çıxarılmasına münasibət bildirib. O, 34 yaşlı yarımmüdafiəçinin intizamsızlığına görə komandadan uzaqlaşdırıldığını desə də, təfərrüatı açıqlamayıb:  "Rəşadın özü ilə də söhbət elədim, başa saldım. O, elə bir yaşda olan futbolçudur ki, hansısa cəza vermək istəmədim. Rəşad bunu başa düşdü və normal şəkildə yollarımızı ayırdıq. Konkret olaraq intizamsızlığına görə komandadan göndərildi. Bu cür davam edə bilməzdi".

Xatırladaq ki, 2016/17 mövsümünün sonu "Qəbələ" ilə müqaviləsi başa çatan R.Sadiqov "Zirə"yə bu yay transfer olunmuşdu. Qol.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31