Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar

İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançıları Asiman Qurbanlı və Ayxan Mamayev yarımfinala çıxıblar.

84 kiloqramdan yuxarı çəki üzrə mübarizə aparan Asiman Qurbanlı pakistanlı Məhəmməd Ramzana 5:1 hesabı ilə qalib gəlib.

Ayxan Mamayev (84 kq-a qədər) əlcəzairli karateçi Muad Açaçini 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31