Zabit Səmədov növbəti qələbəsini qazanıb

Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü keçirib.

33 yaşlı idmançı belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib.

Gebze İdman Sarayında baş tutan qarşılaşma Zabitin 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb. Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Və hakim qarşılaşmanı Z.Səmədovun xeyrinə dayandırıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31